Bütün təhsil səviyyələri üzrə təqaüdün miqdarı artırılıb

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 77-ci sessiyasındakı çıxışı
Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı təkliflər hazırlanan zaman dövlət sifarişinin yüksəldilməsi məsələsinə diqqət artırılır.

Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib ki, ötən il əvvəlki ilə nisbətən tələbə qəbulu proqnozu 2,3 %, dövlət sifarişi isə 7,13 % artıb.

Sənəddə qeyd olunub ki, proqnoz yerlərin 84,5 %-i dövlət, 15,5 %-i isə özəl ali təhsil müəssisələrinin payına düşüb. Ötən il ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin 50,1 %-i dövlət sifarişi ilə təhsil almaq hüququnu əldə ediblər. 2019-cu ildə bu rəqəm 44,75 % təşkil edib.

Bundan başqa, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti 2019-2020-ci tədris ilində 45 %-ə çatdırılıb. 2020-2021-ci tədris ilindən başlayaraq bu nismətin 50 %-dən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Eyni zamanda bütün təhsil səviyyələri üzrə təqaüdün miqdarı artırılıb.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Report