1,4 mindən çox şəxsə veteran adı və müvafiq vəsiqəsi verilib

Azərbaycan Prezidenti: Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib
Azərbaycan Parlamentlərarası İttifaqın 142-ci Assambleyasının iclasında təmsil olunub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib

Müdafiə Nazirliyində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” tərəfindən 7,4 min ərizənin baxılması təmin edilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, komissiyanın qərarları əsasında 1,4 mindən çox şəxsə müvafiq veteran adı və vəsiqəsi verilib (müharibə veteranı 1,2 min nəfər, Silahlı Qüvvələr veteranı 182 nəfər və Əmək veteranı 5 nəfər).

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Report