Cənubi Qafqaz üzrə “3+3” formatında üçüncü görüşə hazırlıq davam edir

Azərbaycanın Ermənistana yanvardakı ixracının ümumi dəyəri açıqlanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov COP29 məkanındakı Azərbaycan pavilyonunu ziyarət ediblər
Azərbaycan Prezidenti: BMT TŞ qətnamələrinin bəzi hallarda 20 ildən çox müddətdə kağız üzərində qalması dünya nizamının pozulmasına gətirib çıxarır

Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlər səviyyəli üçüncü görüş hazırlıq mərhələsindədir, hazırda onun keçiriləcəyi yer seçilir.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına müsahibəsində bildirib.

“Artıq nazirlər səviyyəsində iki görüş keçirilib, indi üçüncüsü hazırlanır. Gürcüstanlı qonşularımız hələlik iştirakdan çəkinirlər, lakin biz daim vurğulayırıq ki, onlar üçün qapı açıqdır”, – deyə o, qeyd edib.

Rusiya XİN başçısı təşəbbüsün Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən fəal dəstəkləndiyinə diqqət yönəldib. Formatın əhəmiyyətini vurğulayan diplomat qeyd edib ki, bütün iştirakçılar Cənubi Qafqazda ümumi qonşulardır. Lavrov “3+3” platformasının yaradılmasında əsas təşəbbüskarların Türkiyə və Azərbaycanın olduğunu da xatırladıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva