Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

İçərişəhər qoruğu: Qala divarında baş vermiş qismən dağılma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür
İstanbulda Qərbi Azərbaycan məsələsi müzakirə olunub
Növbəti köç karvanı Horovlu kəndinə çatıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə ailələr Cəbrayıl rayonunun Horovlu kəndinə köçürülüb. Bu mərhələdə Horovlu kəndinə 37 ailə – 160 nəfər qayıdıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

AZƏRTAC