Deputatlar işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanış olacaq

APA

Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
Məhərrəm Zülfüqarlı: Qarabağın və Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bütün dünya tərəfindən rəsmən tanınıb və qəbul edilib
Müdafiə Nazirliyi: “Qanunsuz erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb”

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Tahir Rzayev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2021-ci ilin payız sessiyası dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.

Sonra Tahir Rzayev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib.
İclasda komitənin 2022-ci il yaz sessiyası üçün iş planı müzakirə edilib. Tahir Rzayev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, qarşıdakı sessiyada Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrin müzakirəsi, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Eyni zamanda, şəhid ailələri və qazilər ilə görüşlər, işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar müzakirələrin keçirilməsi planlaşdırılıb.

Tədbirdə Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev, komitənin üzvləri

Eldar İbrahimov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov və Müşfiq Cəfərov çıxış edərək ölkədə gedən ictimai-siyasi proseslərdən, aqrar sektorun inkişafı ilə bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr, görülən işlər barədə öz fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Aqrar siyasət komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

APA