az
en
ru
SEARCH
AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
MENU
MENU
ANA SƏHİFƏ
HAQQIMIZDA
MƏQSƏDLƏRİMİZ
ƏMƏKDAŞLARIMIZ
AZƏRBAYCAN
ƏRAZİ
ƏHALİ
TARİX
XƏRİTƏ
DÖVLƏT RƏMZLƏRİ
KONSTİTUSİYA
SİYASƏT
İQTİSADİYYAT
MƏDƏNİYYƏT
BAYRAMLAR
TURİZM
CƏMİYYƏT
QANUNVERİCİLİK
ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ
SƏNƏDLƏR
XƏBƏRLƏR
SƏRSƏNG SU ANBARI
Məktublar
Video
KİTABXANA
LAYİHƏLƏR
Home
Azərbaycan
Deputatlar işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanış olacaq
APA
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq
“E-Təbib” mobil tətbiqini yükləyin
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Tahir Rzayev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2021-ci ilin payız sessiyası dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.
Sonra Tahir Rzayev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib.
İclasda komitənin 2022-ci il yaz sessiyası üçün iş planı müzakirə edilib. Tahir Rzayev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, qarşıdakı sessiyada Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrin müzakirəsi, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Eyni zamanda, şəhid ailələri və qazilər ilə görüşlər, işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar müzakirələrin keçirilməsi planlaşdırılıb.
Tədbirdə Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev, komitənin üzvləri
Eldar İbrahimov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov və Müşfiq Cəfərov çıxış edərək ölkədə gedən ictimai-siyasi proseslərdən, aqrar sektorun inkişafı ilə bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr, görülən işlər barədə öz fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Aqrar siyasət komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
APA
Newer Post
Gəncədə Ermənistanın dağıtdığı məktəblərin qiymətləndirilməsi aparılır
Older Post
Maliyyə Nazirliyi ötən il üzrə dövlət və icmal büdcənin icrasına dair məlumatı açıqlayıb
© 2017 AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
1905.az STUDIO
Type something and Enter