Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxıya səfər edib

Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb
Prezident İlham Əliyev Qurultayda çıxış edib
Moskvada Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər ediblər.

Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərdə Azərbaycandakı diplomatik nümayəndəliklərin 60-a yaxın rəhbəri iştirak edirlər.

Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.

Xarici diplomatların səfəri çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşün keçirilməsi, Şamaxı rayonu üzrə tanışlıq turu, Kələxana türbələri, Cümə məscidinə ziyarət, zəlzələdən zərər çəkmiş vətəndaşlar ilə görüş və Meysəri şərab zavodu üzrə tanışlıq nəzərdə tutulub.