İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub

Tartu şəhərində Azərbaycana həsr olunan romanın təqdimatı keçirilib
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı və Misirə səfərə yola düşür
Yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinin istifadəsinə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə, xüsusilə ukraynalı uşaqlara olan diqqət və qayğıya görə minnətdarlığını ifadə etdi.

Azərbaycan və Ukrayna prezidentləri ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.

president.az