Dmitri Savelyev: Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir

Mərakeş mətbuatı: Azərbaycan dünyaya açıq olan ölkədir
XİN: Azərbaycan BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə yardım edib
Maliyyə nöqsanları aşkarlanan bəzi qurumlarda vəsaitin bərpası mümkün deyil

Dağlıq Qarabağ münaqişəsi zamanında qəbul olunmuş qərarlar əsasında həll olunmalıdır.

Trend-in məlumatına görə, bunu VII Qlobal Bakı Forumunda iştirak edən Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev jurnalistlərə deyib.

Deputat xatırladıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş rayonlarının mərhələli şəkildə qaytarılmasını, daha sonra qaçqınların Qarabağa qayıtmasımı və Dağlıq Qarabağın taleyinin müəyyən olunması ilə bağlı referendumun keçirilməsini nəzərdə tutan Madrid prinsipləri, “Kazan formulu”, 5+2 prinsipi mövcuddur.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi danışıqları uzatmağa, bu prosesə üçüncü tərəfi, qondarma rejimin nümayəndələrini cəlb etməyə və bununla da danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir:

“Hesab edirəm ki, Rusiya öz növbəsində ATƏT Minsk qrupunun həmsədri qismində Qarabağ münaqişəsinin nizamlanması istiqamətində daha fəal işləməlidir”.