Dmitri Savelyev: Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları
Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “dəyirmi masa” keçirilib

Dağlıq Qarabağ münaqişəsi zamanında qəbul olunmuş qərarlar əsasında həll olunmalıdır.

Trend-in məlumatına görə, bunu VII Qlobal Bakı Forumunda iştirak edən Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev jurnalistlərə deyib.

Deputat xatırladıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş rayonlarının mərhələli şəkildə qaytarılmasını, daha sonra qaçqınların Qarabağa qayıtmasımı və Dağlıq Qarabağın taleyinin müəyyən olunması ilə bağlı referendumun keçirilməsini nəzərdə tutan Madrid prinsipləri, “Kazan formulu”, 5+2 prinsipi mövcuddur.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi danışıqları uzatmağa, bu prosesə üçüncü tərəfi, qondarma rejimin nümayəndələrini cəlb etməyə və bununla da danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir:

“Hesab edirəm ki, Rusiya öz növbəsində ATƏT Minsk qrupunun həmsədri qismində Qarabağ münaqişəsinin nizamlanması istiqamətində daha fəal işləməlidir”.