Dövlət Komitəsi zorakılığa məruz qalan uşaqların əlamətlərini açıqlayıb

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib
Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində ATƏT sədri ilə görüşüb
İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.

“Report” xəbər verir ki, Dövlət Komitəsinin müraciətində uşaqların zorakılığa məruz qalıb-qalmadığını müəyyənləşdirmək üçün bir sıra əlamətlər açıqlanıb.

Müraciətdə valideynlərə övladlarının zorakılığa məruz qalıb-qalmadığını anlamaq üçün uşaqlarda aşağıdakı əlamətlərin olub-olmamasına diqqət yetirmək tapşırılıb.

-Bədəninin hər hansı bir yerində göyərmə, kəsik, sıyrıq, şişlik qırıq, çıxıq və yaxud yara varsa;

-Bu əlamətləri paltarları ilə gizlətməyə çalışırsa;

-Sağalmayan, səbəbi məlum olmayan yaralar;

-Özünə aid əşyaları itirirsə və evə cırıq paltarlarla gəlirsə;

-Həmişəkindən daha çəkingən, içinə qapanıq, və etinasız, süst olursa;

-Sizinlə və ətrafındakılarla ünsiyyətdən qaçırsa;

-Tək qalmağa meyillidirsə;

-Başqalarına inanmırsa;

-Məktəbə getmək istəmirsə, dərsdən qaçırsa;

-Yuxusunda və iştahında dəyişikliklər varsa

-Yatağını islatma, kəkələmə və nitqində ilişmə, gecə kabusları varsa,

-Təhsil naliyyətlərində geriləmə varsa,

-Anormal sakitlik və ya aqressiv davranma, söz dinləməmək, üsyankarlıq varsa;

-Verdiyiniz suallara yalan cavablar verirsə, hekayələr uydurursa;

-Dinlədiyi musiqidə, çəkdiyi şəkillərdə, yazılarında şiddəti göstərən əlamətlər varsa;

-Vücudunun eybəcər olduğunu, cinsi orqanlarında bir problem olduğunu düşünürsə;

– Oyuncaqları ilə və ya başqa uşaqlarla oynayarkən cinsəllik və zorakılıq ehtiva edən hərəkətlərə üstünlük verirsə, onun zorakılığa məruz qaldığını düşünə bilərsiniz.

Report.az