Dövlət Departamenti: Regional əməkdaşlıq imkanlarını artırmaq üçün Azərbaycan və Ermənistanla işləmək niyyətindəyik

Azərbaycandan Ukraynaya göndərilən yardım aidiyyəti üzrə təhvil verilib
Yeni Azərbaycan Partiyasının VI qurultayı aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Prezident İlham Əliyevin namizədliyini irəli sürüb
Gələnilki Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Ankarada keçirilməsi planlaşdırılır

Həm ABŞ, həm də Mərkəzi Asiya ölkələri Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) və Ermənistanla Azərbaycan arasında davamlı sülhün açdığı yeni imkanlarda maraqlıdır.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat ofisindən AZƏRTAC-ın ABŞ bürosunun Azərbaycanın Mərkəzi Asiya ölkələri-ABŞ əməkdaşlığı formatında (C5+1) iştirakı imkanları ilə bağlı sualına cavabında bildirilib.

Açıqlamada bu yaxınlarda C5+1 regional diplomatik platformasının 10 illik yubileyinin qeyd olunduğu vurğulanıb.

“Vaşinqtonda keçirilən C5+1 görüşləri zamanı biz Ermənistan ilə Azərbaycanın regional əməkdaşlıq, rifah üçün imkanları genişləndirmək səylərini vurğuladıq. Bu imkanları maksimum dərəcədə artırmaq üçün birlikdə işləmək niyyətindəyik”, – deyə açıqlamada qeyd olunur.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton