Dövlət Proqramı təqaüdçüləri Kembricdə Azərbaycan Cəmiyyətini qurublar

Macarıstan şirkəti “Şəfəq” GES-də 10 faiz iştirak payı alıb
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib

Dövlət Proqramı təqaüdçülərimiz Kembric Universiteti Azərbaycan Cəmiyyətinin əsasını qoyublar.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirlib ki, Kembric Universiteti Azərbaycan Cəmiyyəti (CUAS) artıq rəsmi fəaliyyətə başlayıb və bu mühüm təşəbbüsün arxasında Dövlət Proqramı təqaüdçülərinin əməyi dayanır.

Dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Kembric Universiteti daxilində azərbaycanlı tələbələri bir araya gətirən bu platforma ölkəmizin mədəniyyətini, tarixini və milli maraqlarını beynəlxalq mühitdə layiqincə təmsil etməyi hədəfləyir.

Prezidenti universitetin doktorantura tələbəsi Turan Abbaszadə, vitse-prezidenti isə magistrant Samin Hüseynov olan cəmiyyətdə təqaüdçülərimiz geniş şəkildə təmsil olunurlar. Onların sırasında Ülkər Fərzəliyeva, Cavid Seyfulalı, Zöhrə Əhmədova, Murad Alməmmədov və Camal İsmayılov da yer alır.

AZƏRTAC