DSMF: Sosial şəbəkələrdəki “1 000 manatlıq ödəniş” xəbəri yalandır

Milli parklar yanvarın 22-dən öz qapılarını ziyarətçilərin üzünə açır
İşğaldan azad olunmuş ərazilərdə yaşıl və dayanıqlı bərpa üçün yeni tədqiqat layihəsi təqdim edilib
Prezident İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub

Sosial şəbəkələrdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 000 manat ödəniş edəcəyi barədə yayılmış məlumatlar tamamilə yalandır.

“Report” xəbər verir ki, bunu Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, yayılmış videoməlumat vətəndaşları aldatmaq məqsədi daşıyır: “Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın”.

Report