Dubay hava limanı ötən il sərnişin daşınmasında tarixi rekorda imza atıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib
Bakıda Azərbaycan jurnalistləri üçün ustad dərsləri keçirilib
Azərbaycan Ordusunun şanlı zəfərinin ildönümüdür

Dubay Beynəlxalq Hava Limanı 2025-ci ildə 95,2 milyon sərnişinə xidmət göstərərək tarixinin ən yüksək illik göstəricisinə imza atıb. Bu, ötən illə müqayisədə 3,1 faiz artım deməkdir.

AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər verir ki, 2025-ci ildə 454 min 800 uçuş həyata keçirilib, 86,75 milyon baqaj emal olunub.

Hazırda Dubay Beynəlxalq Hava Limanı 110 ölkədə 291 istiqamətə uçuşlar həyata keçirir.

AZƏRTAC