ANAMA və FAO minatəmizləmə sahəsində gələcək əməkdaşlığı müzakirə edib

“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” festivalının proqramına 10-dan çox sərgi daxildir!
AVCİYA prezidenti Elxan Süleymanov möhtəşəm qələbə münasibətilə Ali Baş Komandanı və xalqımızı təbrik edib
Səməd Vurğunun ev-muzeyinin 50 illiyi qeyd edilib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat ilə minatəmizləmə sahəsində gələcək əməkdaşlığı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Tərəflərin görüşü zamanı Azərbaycanın üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyətin gedişatı barədə qonağa geniş təqdimat edilib.

Həmçinin humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Report