Əli Əsədov: Türkmənistanın Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü yüksək qiymətləndiririk

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
İlham Əliyev Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib

Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirir.

“Report”un məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Aşğabadda Türkmənistanın neytrallığının 30-illiyinə həsr edilən “Beynəlxalq sülh və təhlükəsizlik” forumunda çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, Universitetin işində fəal iştirak etməyə hazırdır:

“Azərbaycan neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəkləmiş və “Beynəlxalq sülh və etimad ili – 2025″ qətnaməsinə həmmüəllif qismində qoşulub. Biz qardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh və təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi qiymətləndiririk”.

Report