“ELS” 18 seçki dairəsi, 1180 seçki məntəqəsində “exit poll” keçirəcək

«Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf»
“Exit-poll” tədqiqatı ilə bağlı treninqlərin birinci mərhələsi başa çatıb
Türkiyə Prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qürur günümüz kimi dəyərləndirib
Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində “exit poll”-la bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, mərkəz 2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament, 2013-cü ildə prezident seçkiləri zamanı “exit-poll” tədqiqatını həyata keçirib.

Onun sözlərinə görə, bu il də “exit poll” keçirməkdə məqsəd seçki məntəqələrini tərk edən seçicilər arasında sorğu keçirməkdir: “Hər seçki məntəqəsinin çıxışında əməkdaşlarımız seçicilərə yaxınlaşıb anonim anketlərin doldurulmasını təklif edir. Anket seçici tərəfindən doldurulur və şəffaf qutuya salınır”.

O qeyd edib ki, bu il 118 seçki dairəsi, 1180 seçki məntəqəsində “exit poll” keçiriləcək: “”Exit poll”un keçirilməsinə 2600 kadr cəlb olunub”.