“ELS” 18 seçki dairəsi, 1180 seçki məntəqəsində “exit poll” keçirəcək

Beynəlxalq Sülh Günü münasibətilə “Bəşəriyyətə sülh lazımdır” mövzusunda videokonfrans keçirilib
Mətbuat üçün məlumat
İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişinə başlanılıb
Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində “exit poll”-la bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, mərkəz 2008-ci ildə prezident seçkiləri, 2009-cu ildə referendum və bələdiyyə seçkiləri, 2010-cu ildə parlament, 2013-cü ildə prezident seçkiləri zamanı “exit-poll” tədqiqatını həyata keçirib.

Onun sözlərinə görə, bu il də “exit poll” keçirməkdə məqsəd seçki məntəqələrini tərk edən seçicilər arasında sorğu keçirməkdir: “Hər seçki məntəqəsinin çıxışında əməkdaşlarımız seçicilərə yaxınlaşıb anonim anketlərin doldurulmasını təklif edir. Anket seçici tərəfindən doldurulur və şəffaf qutuya salınır”.

O qeyd edib ki, bu il 118 seçki dairəsi, 1180 seçki məntəqəsində “exit poll” keçiriləcək: “”Exit poll”un keçirilməsinə 2600 kadr cəlb olunub”.