“ELS” tədqiqat prosesini həyata keçirməyə tam hazırdır

Hazırda ölkə ərazisindəki satış müəssisələrinin depolarında yetərincə tibbi maska var
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar İçərişəhərdə infotur təşkil edilib
Birinci vitse-prezident azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Milli Məclisə keçiriləcək seçkilərdə “Ekzitpol” tədqiqatını həyata keçirmək məqsədilə apardığı hazırlıq işləri başa çatıb. Hazırqlıq işləri çərçivəsində intervüer və supervayzerlər üçün təlimlər təşkil olunub. Bu təlimlərdə intervüerlərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib. Həmçinin onlara tədqiqat zamanı ilk dəfə tətbiq edilən informasiya kommunikasiya texnologiyalarından istifadə qaydaları izah edilib. Supervayzerlər də təlimlərdə iştirak edib və tədqiqatın qaydalarına uyğun atacaqları addımlar barədə məlumat verilib.
Hazırlıq mərhələsi dövründə “Ekzitpol” həyata keçirəcək intervüerlər üçün tədqiqat zamanı istifadə ediləcək sənədlər və ləvazimatlar hazırlanıb. Artıq bu sənədlər və ləvazimatlar paytaxt və regionlarda intervüer və süpervayzerlərə çatdırılıb. Həmçinin seçki günü tədqiqat prosesində iştirak edəcək telefonçu və operatorlar üçün təşkil olunmuş treninqlər başa çatıb.
Mərkəz noyabrın 7-si, seçki günü “Ekzitpol” tədqiqatının əsas mərhələsini “Bridge” Plaza otelinin (ünvan: Bakıxanov küç. 6, körpünün yanı) konfrans zalında davam etdirəcək. Bütün kütləvi informasiya vasitələrinin nümayəndələri “Ekzitpol” tədqiqatının bu prosesini müşahidə edə bilər.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident, bələdiyyə seçkilərində, həmçinin referendum zamanı “Ekzitpol” tədqiqatını həyata keçirib. Ötən seçki illərindən fərqli olaraq, mərkəz bu il noyabr ayının 7-də keçiriləcək parlament seçkilərində 118 dairə üzrə 1180 məntəqədə “Ekzitpol” tədqiqatı həyata keçirəcək. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzitpol” tədqiqatı və seçki prosesinin tədqiqi sahəsindəki peşəkarlığı nəzərə alınaraq, təşkilat Avropa ölkələrində seçkiləri keçirən təşkilatların Assosiasiyasına üzv qəbul edilib.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi
05/10/2010