Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub

Dünya azərbaycanlılarına
Azərbaycan Prezidenti ilə Türkmənistan Prezidenti arasında videokonfrans formatında görüş keçirilib
Prezident Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında Fərman verdi

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.

AZƏRTAC xəbər verir ki, bu, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur.

Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür.

Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məntəqələrinin infrastrukturuna ciddi ziyan vurulub.

Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar.