Ermənistan ordusunun bölmələrinin açdığı atəş nəticəsində Ağcabədi sakini yaralanıb

Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edilib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasında keçirilən debatlarda məruzə ilə çıxış edib
Hikmət Hacıyev: Manvel Qriqoryanın əsir və girov götürdüyü yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törətdiyi əməllər araşdırılmalıdır

Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

AZƏRTAC xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir.

Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.