Ermənistan və Azərbaycan parlament sədrləri təmasların davamı barədə razılaşıblar

“Ağıllı sərhəd” layihəsinin tətbiqinə başlanılacağı tarix açıqlanıb
Vilayət Eyvazov Milli Məclisdə illik məlumatı təqdim edib
Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb

İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib.

“Report” xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi, eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı son proseslər məmnunluqla qeyd edilib.

Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.

Spikerlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdən sonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində təmasları müsbət dəyərləndirib və bu təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşdə spikerlər iki cəmiyyət arasında etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Report