MDB Xarici İşlər Nazirləri Şurası inteqrasiya üzrə yeni addımları müzakirə edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri ilə görüşüblər
Növbəti köç Şükürbəyli kəndinə çatıb
27 il və 8 ay bundan qabaq

Moskvada (Rusiya) aprelin 17-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib, müzakirə iştirakçıları inteqrasiya üzrə növbəti addımlar barədə razılığa gəliblər.

“Report” MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Samir Şərifov təmsil edib.

“Tərəflər beynəlxalq gündəliyin və Birlik formatında qarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Xarici İşlər Nazirləri Şurasının iclasında təhsil sahəsindəki iki baza təşkilatı üzrə qərarlar qəbul edilib. Şura bu gün, həmçinin insanın kosmosa ilk uçuşunun 65 illiyi münasibətilə Birgə bəyanat qəbul edib. Bəyanatda kosmik fəzanın tədqiqi və istifadəsinin bütün xalqların və ölkələrin rifahına yönəldilməli olduğu qəbul edilir”, – məlumatda qeyd olunub.

Bundan başqa, iclas iştirakçıları Birliyin ali orqanlarının – Dövlət Başçıları Şurasının və MDB Hökumət Başçıları Şurasının baxılmasına göndəriləcək bir sıra sənəd layihələrini bəyəniblər. Bu, xüsusən də, 2028-ci ilin MDB-də Sosial inkişaf və həyat keyfiyyəti ili elan edilməsi barədə qərar layihələri, eləcə də digərləridir.

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrda Türkmənistanda keçiriləcək.

Report

Samir ŞərifovMüstəqil Dövlətlər Birliyi