“Erməni əsarətində olan Ağdam” mövzusunda dəyirmi masa keçirilib

Qətnamə #853 (29 iyul 1993-cü il)
Gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib
İlham Əliyev: “Azərbaycanlılar o torpaqlara qayıtmalıdır”

“Həsrət yolu” Əsir və Girovlarla Kömək İctimai Birliyi və Azərbaycanda Miqrant və Məcburi Köçkün Hüquqlarının Müdafiəsi İctimai Birliyi “15 il erməni əsarətində olan Ağdam” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, Azərbaycanda Miqrant və Məcburi Köçkün Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayev bildirib ki, ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək siyasəti 1993-cü ildə Ağdamın işğalına gətirib çıxarıb. İşğal nəticəsində rayon mərkəzi və 80 kənd ermənilərin nəzarəti altına keçib. “Həsrət yolu” Əsir və Girovlarla Kömək İctimai Birliyinin sədri Esmira Orucova isə deyib ki, işğal zamanı 59 nəfər əsir götürülüb, 139 nəfər isə itkin düşüb. Əsirlərin problemlərinin gündəmə gətirilməsinin zəruriliyindən danışan E. Orucova QHT-lərdən ibarət koordinasiya mərkəzinin yaradılmasının vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən dəyirmi masa iştirakçıları da Ermənistanın və bu ölkəni dəstəkləyən xarici qüvvələrin Azərbaycana təcavüzündən bəhs ediblər. Toplantının sonunda tədbir iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. /APA/