Gələn ilin qeyri-iş günləri açıqlandı

Türk Şurasına sədrlik Azərbaycana keçib
Türk Şurası XİN başçılarının xüsusi iclasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyasının 18 dekabr 2020-ci il tarixli Qərarı ilə 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Nazirlikdən  verilən məlumata görə, 2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli Qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

– 1, 2 yanvar – Yeni il bayramı;

– 20 yanvar – Ümumxalq hüzn günü;

– 8 mart – Qadınlar günü;

– 20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

– 9 may – Faşizm üzərində qələbə günü;

– 13, 14 may – Ramazan bayramı;

– 28 may – Respublika günü;

– 15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;

– 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

– 20, 21 iyul – Qurban bayramı;

– 8 noyabr – Azərbaycan Respublikasının Zəfər günü;

– 9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü;

– 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində 25 mart, 10 may tarixləri istirahət günləridir.

2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2021-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1920 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Altıgünlük iş həftəsi olan iş yerlərində də 40 saatlıq iş həftəsində çalışanlar üçün 1920 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://sosial.gov.az/istehsalat-tqvimi) da yerləşdirilib.

Report