Gəlin seçiləcəyimiz təqdirdə seçicilərimiz qarşısında Konstitusiyaya and içək

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib
Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir

Noyabrın 3-də 85 saylı Şamaxı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov millət vəkili mandatı əldə edəcək namizədlərin Milli Məclisin ilk sessiyasında və seçicilərinin qarşısında Azərbaycan Konstitusiyasına müvafiq olaraq öz borcunu yerinə yetirəcəyi barədə Konstitusiyaya and içməyi təklif edib.
Elxan Süleymanovun fikrincə, bu, gələcək millət vəkillərinin məsuliyyət hissini artırmaqla yanaşı, seçicinin millət vəkilinə olan inamını, həm də Azərbaycan Parlamentinin nüfuzunu daha da yüksəldəcək. Millət vəkilliyinə namizəd deputat mandatı əldə edəcəyi təqdirdə bu barədə müvafiq qanun layihəsinin yaradılmasına hazır olduğunu bildirib, məlumatı 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Sirac oğlu Süleymanovun seçki qərargahı yayıb.