Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”

VII Qlobal Bakı Forumunda 70 ölkədən 450 nümayəndə iştirak edəcək
Xarici İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəyanat yayıb
Baş Prokurorluq: DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb

“Seçki çox yaxşı təşkil edilib və insanlar məntəqələrə gələrək müstəqil şəkildə səs verirlər”. Bunu APA-nın qərb bürosuna 39 saylı Kəpəz birinci (Gəncə) Dairə Seçki Komissiyasının 15 saylı məntəqəsində seçkiləri müşahidə edən ATƏT Müşahidə Missiyasının üzvü Genhard Kutzner bildirib. İndiyədək seçki prosesinin normal keçdiyini bildirən beynəlxalq müşahidəçi daha sonra bunları deyib: “Müşahidələrimə əsasən demək istərdim ki, məntəqə seçki komissiyasında işləyənlər öz işlərini çox dəqiq yerinə yetirirlər. İndiyədək hər hansı neqativ halla rastlaşmamışıq. Vətəndaşlar çox həvəslə məntəqələrə gələrək müstəqil şəkildə istədikləri namizədə səs verirlər”.
Qeyd edək ki, ATƏT Müşahidə Missiyasından olan 20 müşahidəçi Gəncədə seçkiləri izləyir. /APA/