Saat 14.00-dək elektron səsvermədə 12 400 nəfər iştirak edib

DB-nin vitse-prezidenti: Azərbaycan davamlı iqtisadi artımın bütün əlamətlərini nümayiş etdirir
Dənizkənarı Milli Parkda Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə yürüş keçirilib
İşğaldan azad olunan ərazilərə qayıdış məsələsi müzakirə olunub

Saat 14.00-a olan məlumata görə, elektron səsvermədə 12 400 nəfər iştirak edib. Bu barədə APA-ya elektron səsverməni təşkil edən “Parlament -2010” seçki monitorinqi koalisiyasından bildirilib. Qeyd edək ki, “Parlament -2010” seçki monitorinqi koalisiyası həm də seçki müşahidələri aparır. Koalisiyasından 3087 nəfər respublikanın 80 seçki dairəsində müşahidə həyata keçirir. Onlardan 2909 nəfəri seçki məntəqələri, 162 nəfəri seçki dairələri, 16 nəfəri respublika üzrə, 125 nəfər isə ehtiyat müşahidəçi qismində cəlb edilib. /APA/