Goranboy rayonu haqqinda ümumi məlumat

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
“Sərsəng – SOS” adlı tədbir keçirilib
Smit və Yaqland: erməni təxribatının iki üzü

Goranboy – Azərbaycanda rayon. Goranboy rayonu ilə Bakı arasında məsafə 317 km.-dir.

Rayonun mərkəzi Goranboy şəhəridir. Şəhərin yaxınlığında qədim Şatal şəhər-qalası yerləşir.

Tarixi

Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün “Albaniya tarixi” kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, Şabran və Şəmkirlə eyni səviyyədə idi. 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsi rayonun ərazisindən keçən Kürəkçay çayının sahilində, 1813-cü il oktyabrın 13-də Rusiya ilə İran arasında bağlanmış Gülüstan müqaviləsi isə rayonun Gülüstan kəndində imzalanmışdır. Goranboy rayonu ilk dəfə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə inzibati ərazi bölgüsü və rayonların yaradılması ilə əlaqədar Goranboy kəndi mərkəz olmaqla yaradılmışdır. Respublika İcraiyyə Komitəsinin 8 sentyabr 1938-ci il tarixli qərarı ilə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz sayılmış, Şaumyan (kənd) rayonu ləğv edilərək rayonun keçmiş adı özünə qaytarılmaqla Goranboy rayonu yaradılmışdır. Goranboy rayonu əhalisi Qarabağ savaşında qəhrəmanlıqla döyüşmüş, 288 şəhid vermiş, 9 nəfər goranboylu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Coğrafi mövqeyi

Goranboy rayonu Bakı şəhərindən 322 km məsafədə Azərbaycanın qərb bölgəsində yerləşməklə şimal-şərqdən-Yevlax, cənubi-şərqdən-Tərtər, cənubi-qərbdən-Kəlbəcər, qərbdən-Göygöl, şimal-qərbdən-Samux rayonları ilə həmsərhəddir. Sahəsi-1760 km2, əhalisi-108.792 min nəfərdir. Bundan başqa rayon ərazisində 9992 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.

Rayonda 2 şəhər, 6 qəsəbə, 79 kənd var. Rayon kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşməklə, səthi şimala doğru alçalan dağlıq və düzənlikdir.

Cənub və cənub-qərb hissəsini Murovdağ silsiləsinin şimal yamacları əhatə edir. Rayonun şimalını Mingəçevir su anbarının sahili boyunca yerləşən Bozdağ əhatə edir. Ərazidə Poleogen, Neogen və Yura-Antropogen dövrünün çöküntüləri yayılmışdır. Ərazinin geoloji inkişaf tarixi bir-birindən fərqlənən iki böyük tektonik zona daxilində formalaşmışdır.

Rayonun cənubunda Murovdağ zirvəsinin şimal-qərb və Kəpəz şərq yamaclarında 7-9 ballıq zəlzələlərin dağıdıcı fəaliyyətinin nəticəsindən böyük uçurumlar yaranmışdır.