Hafiz Paşayev: ADA Siyasi Forumu iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
Əli Həsənov: Növbədənkənar seçkilərin keçirilməsi haqqında Sərəncam Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur

Şanlı Qələbəmiz xalqımız üçün qürurlu 44 günlük döyüş, azadlıq, böyümə, yeni şəxsiyyətlərin yaranması baxımından fürsət oldu. İndi biz Qarabağ Universitetindəyik. Bundan yaxşı nə ola bilər? ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetinin rektoru Hafiz Paşayev Xankəndidə yerləşən Qarabağ Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən 7-ci ADA Siyasi Forumundakı açılış nitqində deyib.

Hafiz Paşayev qeyd edib ki, bu konfrans iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq. “Bu gün belə bir mötəbər tədbirin iştirakçıları olan bizim üçün çox önəmli gündür. Bu Forumun Qarabağ Universitetində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Biz bu gün Azərbaycanımızın adına sevinirik, lakin mən həm də rəhbərlik etdiyim universitetin adına çox sevincliyəm”, – deyən rektor vurğulayıb ki, tədbirdə müxtəlif ölkələrdən olan nümayəndələr iştirak edir. Bu amil iştirakçı ölkələr arasında mühüm əlaqələr yaratmaq baxımından da çox önəmlidir.

AZƏRTAC