Qarabağ Universitetinin rektoru: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur

Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib
ƏƏSMN və BMT İnkişaf Proqramının birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslər yaradılır
Azərbaycan və Xorvatiya prezidentlərinin geniş tərkibdə görüşü olub

Xocalıda kənd təsərrüfatı məktəbi, Şuşada isə turizm və incəsənət sahəsində təhsil ocaqlarının fəaliyyətə başlaması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov Xankəndidə keçirilən “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun açılışında bildirib.

“Universitetimizdə tələbələrin keyfiyyətli ali təhsil almaları üçün əlverişli şərait yaradılıb. Biz “Yaşam boyu təhsil” layihəsi üzərində də işləyirik. İnanırıq ki, həm indiki tələbələrimiz, həm də gələcəkdə bizim ali təhsil ocağını seçəcək gənclərimiz Azərbaycanın inkişafına mühüm töhfələr verəcəklər. Bizim əsas məqsədimiz Azərbaycanın ictimai-siyasi, eləcə də elmi həyatına mühüm töhfələr verən gəncləri yetişdirməkdən ibarətdir”, – deyə Ş.Bayramov qeyd edib.

Qarabağ Universitetinin rektoru diqqətə çatdırıb ki, malik olduğumuz potensialdan istifadə etməklə beynəlxalq əlaqələrimizin daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC