Hesablama Palatası ötən il 3 yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib

Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanılıb
İtkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar əməliyyat müşavirəsi keçirilib
Prezident Ankarada Anıtqəbiri ziyarət edib

Hesablama Palatası ötən il 3 dövlət qurumunda apardığı yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib.

“Report” xəbər verir ki, bu barədə “Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat”da bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Hesabata əsasən, 2025-ci ildəki audit nəticələri əsasında hüquqi tədbirlər də görülüb. Ümumi məbləği 0,8 milyon manat olan vəsait üzrə araşdırma aparılıb. Eyni zamanda, 2 audit üzrə araşdırmalar davam etdirilir.

Report