İƏT OA nümayəndə heyəti Şuşada törədilmiş vandalizm hallarının monitorinqini aparır

Prezident İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılmasına dair Sərəncam imzalayıb
AVCİYA prezidenti: “Sərsəng məsələsi Azərbaycanın daxili işidir, Prezidentimiz tezliklə bunu da həll edəcək”
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

Azərbaycan Ombudsmanı İƏT Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə birgə Şuşa şəhərində mədəni tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqini aparır.

Bu barədə “Report”a Ombudsman Aparatından məlumat verilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə hazırda ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Şuşa şəhərinə yola düşüb.

Nümayəndə heyətinin faktaraşdırıcı missiyasının əsas məqsədi Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhərində sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqini aparmaqdır.

Azərbaycan mədəniyyətinin dahi simaları – Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, eyni zamanda Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edən nümayəndə heyətinin üzvləri Şuşa şəhərində monitorinq keçiriblər. Onlar Ermənistanın 30 ildən artıq Azərbaycana qarşı yürütdüyü təcavüzkarlıq, işğalçılıq və terrorçuluq siyasəti dövründə mədəni tarixi abidələrə qarşı törədilmiş vandalizm halları ilə bağlı yerində araşdırma aparıblar.

Daha sonra Ombudsman Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının Prezidenti Şərəf Malkoç mətbuata açıqlama veriblər.

Şuşa şəhərində həyata keçirilən monitorinq zamanı əldə edilən nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.

Report