İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib

Ceyhun Bayramov: Çin ilə hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi xarici siyasətimizin ən vacib istiqamətlərindən biridir
“Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı bəzi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi qatar qəzası ilə əlaqədar İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı verib.

Bu barədə Prezidentin X sosial şəbəkə hesabında paylaşım edilib.

“İspaniyada baş vermiş faciəvi qatar qəzası məni dərindən kədərləndirib.

Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı verirəm.

Bütün xəsarət alanlara tezliklə sağalmalarını arzulayıram”, – deyə paylaşımda bildirilib.

president.az