İngiltərədə Zəngəzur dəhlizi ilə bağlı kitab nəşr olunub

Abbas Abbasov BMT-də Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyasında iştirak edib
Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub
İgidlərimizi tanıyaq!

İngiltərədə “Qərbi Azərbaycan və Zəngəzur Dəhlizi: Tarix, İqtisadiyyat, Hüquq və Regional Güc Mübarizəsi” adlı kitab nəşr olunub.

“Report”un məlumatına görə, Cənubi Qafqazın geosiyasi baxımdan ən kritik bölgələrindən biri haqqındakı kitabda tarix, hüquq, iqtisadiyyat və strateji sahələr üzrə mütəxəssis araşdırmaçılar tərəfindən aparılmış multidissiplinar təhlillər yer alıb.

Əsər türk dünyası üçün həyati əhəmiyyət daşıyan və regional sabitlik, eləcə də əməkdaşlıq baxımından “oyunun qaydalarını dəyişmək” potensialına malik Zəngəzur Dəhlizinin keçmişini, bu gününü və gələcəyini araşdırır.

Kitabın redaktoru İzmir Ege Universitetinin professoru Vəfa Kurban Qarabağ zəfəri kontekstində kitabın demoqrafik dəyişikliklər, torpaq hüquqları və beynəlxalq hüquq müstəvisində yaranan nəticələrə dair geniş perspektiv təqdim etməklə həm elm adamları, həm də siyasətçilər üçün dəyərli bir mənbə rolunu oynayacağını qeyd edib.

Qeyd edək ki, kitab “Cambridge Scholars Publishing” nəşriyyatında çap olunub.

Report