İran və Azərbaycan əlaqələrin inkişaf etdirilməsində maraqlıdır – yeni səfir

“Azərbaycanda analoqu olmayan yeni təşkilat yaradacağıq”
Rusiya Azərbaycana ərazi münaqişəsinin nizamlanması üzrə Gürcüstandakından fərqli bir yol təklif edir
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son nöqtə… yaxınlaşır?

News -un fars redaksiyasının İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Baqir Bəhrami ilə müsahibəsi

– Cənab səfir, Azərbaycan Respublikasına İran İslam Respublikasının səfiri seçilməmişdən öncə hansı vəzifələrdə çalışmısınız? 

– Mən qardaş və dost ölkə olan Azərbaycan Respublikasına İran İslam Respublikasının yeni səfiri kimi bazar ertəsi gəlmişəm. Öz iş təcrübəm haqda bildirmək istəyirəm ki, İran İslam İnqilabından sonra parlamentdə üç çağırış (ikinci çağırış, dördüncü çağırış və yeddinci çağırış) nümayəndə olmuşam. Parlamentdə nümayəndə olduğum dövrdə parlamentin üç komissiyasının rəhbərliyini etmişəm. Parlamentin ictimai komissiyası, daxili nizamnamə komissiyası və ölkənin müştərək idarəetmə komissiyasının rəhbəri olmuşam. Bundan başqa, İran və Avstraliya parlamentlərarası dostluq komissiyasının sədri vəzifəsində çalışmışam. Parlamentin idarəetmə və işçi şurasında nümayəndə kimi də fəaliyyət göstərmişəm. Siyasi Elmlər Universitetində elmi heyətin üzvüyəm. Bakıya səfir kimi fəaliyyət göstəməyə gəlməmişdən öncə həmin universitetdə dərs verirdim. İranın xarici işlər naziri cənab Mənuçöhr Müttəkinin təklifi və hörmətli prezidentimizin sərancamına əsasən, özümə borc bildim ki, geosiyasi, iqtisadi və strategiya sahəsində beynəlxalq aləmdə özünə yer almış iki ölkə arasında mövcud yaxşı münasibətlərin hərtərəfli inkişaf etdirilməsi məqsədi ilə bu ölkədə səfir kimi fəaliyyət göstərim.

İran və Azərbyacan Respublikasının dövlət başçıları iki ölkənin əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır. Xüsusilə də, Azərbaycan prezidenti cənab İlham Əliyevin Tehrana son səfəri zamanı bu məsələyə daha çox diqqət yetirildi.

İran və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün çoxlu potensial mövcuddur. İki ölkənin çox məsələlərdə müştərəkliliyi var: iki eyni məzhəb və əqidəyə inanan xalq, möhkəm əqidəli və iradəli, münasibətləri inkişaf etdirmək istəyən iki dövlət.

– İran və Azərbaycan əlaqələrini necə dəyərləndirirsiniz?

– İki ölkə arasında əlaqələr hazırda qənaətbəxşdir. Bu vəziyyəti qoruyub saxlamaq və onu hərtərəfli inkişaf etdirmək bizim öhdəliklərə daxildir. Əlaqələrin daha da yaxşılaşdırılması üçün potensial var. Mən ümid edirəm ki, hazırladığım proqramlar hər iki ölkə başçılarının nəzərdə tutduğu yaxınlaşmanı reallaşdıracaq. Hazırkı vəziyyət məni o qədər də qane etmir. İran və Azərbaycan xalqlarının çox saylı müştərəkliliyə malik olması, dövlətlərin sıx əməkdaşlıq etməyə ciddi iradəsi hər iki ölkənin beynəlxalq aləmin mövcud və gələcək durumuna təsir qüvvəsini müəyyənləşdirə bilər. İki ölkə arasında sıx əməkdaşlıq yaratmaq məqsədi ilə əlimdən gələni edəcəyəm.

– İki ölkə arasında əlaqələrin yaxşılaşması üçün hansı proqramları həyata keçirmək istəyirsiniz?

– Mən Azərbaycan Respublikasına gəlməmişdən üç ay öncə bu məqsədlə öz strategiya və proqramlarımı hazırlamışam. Bakıda bir müddət qalandan sonra proqramı həyata keçirməyə başlayacam. Quru vədlər vermək yox, sözlərimizi əməli işdə reallaşdırmaq istəyirik. Öz proqramlarım haqqında zamanı gəldikdə mətbuata açıqlamalar verəcəyəm və ümumiyyətlə, mətbuat işçiləri ilə sıx əlaqədə olacağam.

– İndiyədək Azərbaycanda səfərdə olmusunuzmu? Azərbaycan haqqında ilk təəssüratlarınız necədir?

– Yox, bundan öncə ölkənizdə olmaq səadəti mənə nəsib olmayıb, lakin indi sevinirəm ki, bu mənə qismət oldu. Azərbaycan xalqı çox gözəl, dindar, mədəni, şiə məzhəbli bir xalqdır. Azərbaycan dövləti isə idarəetmə bacarığına malik yaxşı bir dövlətdir. Dövlətlərimizin və xalqlarımızın bir-birinə münasibəti çox yaxşıdır. Ümid edirəm ki, bizim münasibətlərimiz gələcəkdə daha da inkişaf edəcək./Trend/