İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərə gəlib

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Operativ Qərargah: Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı
Bakıda 14-cü Beynəlxalq Kənd Təsərrüfatı və 26-cı Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

AZƏRTAC