İtaliyanın Liveri şəhər bələdiyyəsi Xocalı soyqırımını pisləyən sənəd qəbul edib

Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
Ramil Usubov: Ötən il 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilibPrezident İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib

İtaliyanın Neapol şəhərinin Liveri şəhər bələdiyyəsi Xocalı soyqırımını pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənəd qəbul edib.

AZƏRTAC xəbər verir ki, sənədin preambula hissəsində Liveri bələdiyyəsi tərəfindən 2020-ci ilin noyabr ayında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasətinin pislənilməsi, BMT TŞ-nin və Baş Assambleyasının müvafiq qətnamələrinin dərhal həyata keçirilməsinə dair İtaliya hökumətinə müraciət sənədinin qəbul edildiyi xatırladılır.

Həmçinin “Human Rights Watch” təşkilatına istinadən Xocalı soyqırımının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində “ən böyük və ən dəhşətli qətliam” olduğu, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən isə Xocalıda mülki azərbaycanlılara qarşı törədilmiş soyqırımının müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağır əməllər kimi qiymətləndirildiyi diqqətə çatdırılır.

Sənəddə 25-26 fevral 1992-ci il tarixində törədilmiş Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik ifadə olunub.

Sənədin sonunda insanlıq əleyhinə cinayət olan Xocalı soyqırımının İtaliyanın aidiyyəti rəsmi qurumları tərəfindən tanınmasına çağırış edilir.

AZƏRTAC