Növbəti köç karvanı Xanyurdu kəndinə çatıb, açarlar təqdim olunub

Prezident İlham Əliyev: Tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər
Bu gün Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb
Şahin Mustafayev Baş Nazirin müavini təyin olunub

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

“Report”un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bu köçlə Xanyurdu kəndinə qayıdan ailələrin sayı 99-a (340 nəfər) çatıb.

Report