Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını təsdiqləyib və elan edib

ABŞ-ın Nevada ştatında Azərbaycanın tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib
Müdafiə Nazirliyi: Döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub
Bahar Muradova Azərbaycanda qadın sığınacaqlarının az olmasına münasibət bildirib

Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarına baxaraq, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı oxuyub. Qərarda deyilir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələr təsdiq edilsin.

Qərara əsasən Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilib.

Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.

Qeyd edək ki, MSK-nın yekun protokoluna əsasən, Əliyev İlham Heydər oğlu 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.