Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

BMT nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün əhəmiyyətli olacaq
Azad edilmiş ərazilərdə elektron kadastr sisteminin tətbiqi istiqamətində intensiv iş aparılır
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubu

Oktyabrın 5-də AMEA-nın Tarix və Etnologiya İnstitutunda “Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində” mövzusunda dəyirmi masa keçirilib. Tədbir görkəmli xalçaçı-rəssam, sənətşünas-alim Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev açaraq Lətif Kərimovun Azərbaycan xalçaçılığının inkişafında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, Lətif Kərimovun çoxşaxəli yaradıcılığı yalnız xalça sənətinin deyil, bütövlükdə Azərbaycanın milli-mədəni irsinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Dəyirmi masada “Lətif Kərimov və Azərbaycanın orta əsr xalçaçılıq sənəti”, “Azərbaycan xalça sənəti sovet ideologiyası siyasəti kontekstində”, “Azərbaycan xalça sənətinin Lətif Kərimov zirvəsi” mövzularında məruzələr dinlənilib. Həmçinin Lətif Kərimovun zəngin elmi və yaradıcılıq irsinin Azərbaycan milli-mədəni kimliyinin formalaşmasında rolu ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC