Litvalı deputat: Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi

İşaxtaran şəxslərin əmək bazarına çıxışının daha çevik olması üçün “Məşğulluq xəritəsi” hazırlanır
Siyasi partiyalar maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyə başlayıb
SAMF mətbuat xidmətlərinin reytinq sorğusunu keçirir

Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda 9 oktyabrda keçirilmiş prezident seçkilərini beynəlxalq müşahidəçi qismində izləmiş Litva Parlamentinin deputatı Linas Balsis bildirib. Seçkilərdən əvvəlki və sonrakı müşahidələriə əsasən, seçkilər zamanı bəzi kiçik problemlərə rast gəlindiyini deyən litvalı deputat bununla belə onların yekun nəticələrə heç bir ciddi təsiri olmadığını qeyd edib. Onun sözlərinə görə, litvalı müşahidəçilər qrupunda Azərbaycandakı president seçkiləri haqqında yaxşı təəssürat formalaşıb: “Bizim qrup bu nəticəyə gəldi ki, bəzi problemlərə baxmayaraq, ümumi mənzərə müsbətdir. Düşünürük ki, seçkilər ədalətli oldu və insanlar da öz seçimlərini azad şəkildə etdilər. Digər ölkələrlə müqayisədə seçki prosesləri arasında çox böyük fərq görmürəm. Avropa standartlarına cavab verən seçkilər keçirildi. Bu da faktdır ki, dünyanın müxtəlif ölkələrindən təxminən 1200 nəfər seçkilərə müşahidə etmək üçün Azərbaycana gəlib. Bu da o deməkdir ki, bu seçkilər, Azərbaycandakı demokratiya dünyanın bütün ölkələri üçün çox əhəmiyyətlidir. Biz, həmçinin Azərbaycanın yeni Seçki Məcəlləsinə də nəzər saldıq. Belə nəticəyə gəldik ki, bu çox ciddi qanundur. Bütün prosedurlar aydın şəkildə burada öz əksini tapıb. Əlbəttə, bəzi məntəqələrin işçiləri kifayət qədər peşəkar deyildilər. Lakin məntəqələrin bir çoxunda öz vəzifəsini ilk dəfə icra etməyən peşəkar işçilərə də rast gəldik. Ümumi təəssürat çox yaxşıdır.” /Trend/