Məhərrəm Zülfüqarlı: “Beynəlxalq qurumların tələbləri ölkəmizə qarşı ikili standartlardan irəli gəlir”

AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir
31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxıya press-tur təşkil edilib
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Qubada seminar keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı tələblərinin araşdırılması ilə bağlı mətbuat konfransı keçirib. 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, beynəlxalq qurumların Azərbaycana qarşı irəli sürdüyü təkliflər əsassız iradlardan ibarətdir: “Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra Avropa ParlamentiAvropa ŞurasıATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyaları Azərbaycanla bağlı öz rəy və tövsiyələrini bildiriblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ehtiyacların qiymətləndirilməsi üzrə missiyanın 31 avqust 2015-ci ildə tərtib etdiyi hesabatda beynəlxalq təşkilatların əvvəlki illərdə irəli sürdükləri tövsiyələrin bir hissəsi təkrar olunub. Beynəlxalq qurumların rəy və tövsiyələrində oxşarlıq və təkrarçılıq olduğundan, eləcə də bu rəylərlə bağlı müxtəlif yanaşmaların mövcudluğu onların müqayisəli təhlilini zəruri edir”.

M. Zülfüqarlı qeyd edib ki, AVCİYA qarşıdakı seçkilərlə bağlı geniş fəaliyyət proqramı həyata keçirir: “Bu fəaliyyət proqramı çərçivəsində assosiasiya beynəlxalq qurumların 2003-2015-ci illərdə irəli sürdükləri rəy və tövsiyələrin müqayisəli təhlilini aparıb. Məlum olub ki, beynəlxalq qurumların tələbləri ölkəmizə qarşı ikili standartlardan irəli gəlir. Məsələn, Azərbaycanda parlament və dövlət strukturlarında gender bərabərliyinin pozulduğunu iddia edirlər. Halbuki, digər dövlətlərlə müqayisədə qadınların vəzifədə təmsil olunması baxımından Azərbaycan bəzi dövlətləri üstələyir”.