Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib 

Vətəndaş cəmiyyəti, təhsil müəssisələri və ailə üçbucağı üçün daha bir vəzifə
Gənc Liderlərin növbəti təlimi Şamaxı rayonunda keçirilib
Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 2-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın noyabrın 26-da və 27-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Media mənsubları tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bələdiyyə seçkilərinə hazırlıq istiqamətində proseslərin gedişi barədə məlumat verilib və cari məsələlərə baxılıb.

AZƏRTAC