Məhərrəm Zülfüqarlı: “Əldə edilən razılaşmaların ardıcıl olaraq icra edilməsi hər iki dövlətin mənafeyinə uyğundur”

Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Füzuli aeroportunun tikintisinin gələn ilin aprel-may aylarında yekunlaşdırılması planlaşdırılır
Prezidenti İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına yeni təyin edilən icra başçılarını videoformatda qəbul edib

Məhərrəm Zülfüqarlı: “Əldə edilən razılaşmaların ardıcıl olaraq icra edilməsi hər iki dövlətin mənafeyinə uyğundur”

“Bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb”. Bunu Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında görüşdə bildirib.

Ölkə başçısı qeyd edib ki, son illərdə ölkələrimiz arasında münasibətlər çox müsbət dinamikaya malikdir: “Ali səviyyədə qarşılıqlı səfərlərimizin xronologiyasına nəzər salmaq kifayətdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən, enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.

Görünən odur ki, ötən illər ərzində Türkmənistanla imzalanan sənədlər kağız üzərində qalmayıb, praktiki olaraq icra edilir. Bu isə iki dövlət arasında münasibətlərin inkişafında, əlaqələrin genişlənməsində çox önəmli faktordur.

“Bundan Azərbaycan və türkmən xalqları qazanacaq”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, imzalanan sənədlərin icra olunması çox önəmli göstəricidir: “Əvvəla iki ölkə arasında əldə olunan razılaşma çox əlamətdar hadisədir. Belə ki, bu, 44 günlük müharibədə əldə edilən qələbədən sonra Azərbaycanın atdığı ən uğurlu addımlardan biridir. Çünki 1989-cu ildə Azərbaycan Xəzərdə neft yatağı kəşf etmişdi. Müəyyən səbəblər üzündən yataqla bağlı problem yarandı. Problem o idi ki, Türkmənistan həmin yatağın onlara məxsus olduğunu iddia edirdi. Bu səbəbdən indi “Dostluq” adlanan yataq mübahisəli oldu. Adətən, belə şeylərdən müəyyən böyük dövlətlər öz məqsədləri üçün istifadə edirlər. Çox əlamətdar haldır ki, iki qardaş dövlət illərdir mövcud olan bu mübahisəyə son qoydular. Sənədin imzalanması Azərbaycanın həm diplomatiya, həm də iqtisadiyyat sahəsində böyük uğurudur. Bu, Azərbaycanın gücünü göstərdi ki, kənar dövlətlər bura müdaxilə edə bilməz. Vacib amil həm də odur ki, Türkmənistanla imzalanan bütün sənədlər icra edilir. Belə nəticənin əldə edilməsi hər iki ölkənin məsələlərə sağlam niyyətlə yanaşmasından irəli gəlir. Son imzalanan sənədlərin icra ediləcəyinə də şübhə yoxdur. Bu həm də dövlətlərin gücündən asılıdır. Əldə edilən razılaşmaların ardıcıl olaraq icra edilməsi hər iki dövlətin mənafeyinə uyğundur. Bundan Azərbaycan və türkmən xalqları qazanacaq”.

Professor onu da qeyd etdi ki, razılaşma yeni imkanlar yaradacaq.

Vidadi ORDAHALLI