Məktəb kitabxanalarında Nəsiminin əsərlərinin müzakirəsi aparılacaq

Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılıb
Heydər Əliyev Sarayında “Min bir gecə” baleti nümayiş olunacaq
Heydər Əliyev Sarayında yerli caz ifaçılarının konserti olub

“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) əmr imzalayıb.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müvafiq əmr ilə təsdiqlənmiş tədbirlər planında “Nəsimi ili” çərçivəsində disput, dəyirmi masa və konfransların təşkili nəzərdə tutulur. Həmçinin İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, müsabiqələr keçiriləcək. İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bülleten, divar qəzetləri, fotostendlər və bukletlər hazırlanacaq.

Təhsil müəssisələrində Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgiyə baxış keçiriləcək, məktəb kitabxanalarında böyük şairin əsərlərinin oxusu və müzakirəsi aparılacaq. Bundan əlavə, yuxarı sinif şagirdləri arasında Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ən yaxşı təqdimat müsabiqəsi”, təhsil işçilərinin elmi konfransı və “Şeir, incəsənət və mənəviyyat” festivalı təşkil olunacaq.