Mərakeş mətbuatı: Azərbaycan dünyaya açıq olan ölkədir

Məcburi dövlət sosial sığorta xərcləri 32 faiz artaraq 125 milyon manata yüksəlib
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb
İtaliyada keçirilən “Bərpa həftəsi – 2021” çərçivəsində Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklər nümayiş olunub

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Azərbaycanda turizm: görüdüklərim kimi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizdə turizmin inkişafına verilən önəm və bu istiqamətdə müvafiq Dövlət proqramlarının icrasından danışılır.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycan bu gün dünyaya açıq olan ölkədir. Xarici ölkələrdən buraya səyahət edən turistlər enerji və təbii sərvətlərin düzgün istifadəsi və sərmayələr nəticəsində əldə edilmiş inkişafın, ölkədə bərqərar olunmuş əmin-amanlığın şahidi olurlar. Bütün bunlar ölkənin strateji maraqlarının təmin edilməsi üçün vacib amillərdir.

Müəllif Azərbaycan xalqının qonaqpərvərliyi, nəzakət və mədəniyyəti, Azərbaycan mətbəxinin çoxçeşidli və dadından danışır.

Məqalədə bildirilir ki, “Bakı Bulvarı” dünyanın ən uzun sahilyanı gəzinti parkıdır, orada daim, xüsusilə axşam saatlarından gecə yarısınadək insanlar gəzərək istirahət edir.

Gəzinti və istirahət üçün Bakı şəhərinin ən gözəl və tarixi yerlərindən yazan müəllif qeyd edir: “Azərbaycanda hər şey var. Mən orada olanların kiçik bir hissəsini görmüşəm. Buna görə də ölkə haqqında dolğun məlumatı verə bilmərəm. Ziyarət etdiyim yerlərdən Bakı müasirlik və gözəlliklə fərqlənir. Bu şəhəri ziyarət etməyə tərəddüd etməyin”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat