Mətbuat nümayəndələri üçün elan

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
Xarici işlər nazirinin müavini: Qarabağda qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirənlərə qarşı uyğun addımlar atılır
Cəbhə xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

19 fevral 2014-cü il tarixdə 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində (Bakı, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23) Ağcabədi, Ağdam, Bərdə, Goranboy və Tərtər rayonlarının sakinlərinin beynəlxalq təşkilatlara ünvanlandığı müraciətlərinin Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən təqdimatı keçiriləcəkdir.

Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının“Sərsəng – humanitar facisəsinin qarşısının alınması” layihəsinin çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Goranboy və Tərtər rayonlarında sadə insanların beynəlxalq təşkilatlara ünvanlanmış 3000 müraciəti toplanmış və tərcümə edilərək ünvanlarına çatdırılmaqdadır. Bu müraciətlərdə Ermənistan tərəfindən işğal olunmuş Sərsəng su anbarının Azərbaycanın nəzarətindən kənarda qalması nəticəsində insanların su qıtlığından çəkdiyi əziyyətlər, bəndin dağılacağı təqdirdə onları gözləyəcək humanitar faciə barədə narahatlıqları ifadə olunur.

Təqdimatda Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Fövqəladə Hallar nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-ninAğcabədi, Ağdam, Bərdə, Tərtər və Goranboy rayonlarının İcra Hakimiyyəti Başçılarının, Diplomatik nümayəndəliklərin, Beynəlxalq təşkilatların, Vətəndaş Cəmiyyəti Təşkilatlarınınnümayəndələrinin iştirakınəzərdə tutulur.

Mətbuat nümayəndələri dəvətlidir.

Ətraflı məlumatı www.sarsang.org  səhifəsindən və ya layihənin əlaqələndiricisi Samir İsayevdən əldə etmək olar.