Majoritar sistem Azərbaycan reallığına daha uyğundur

AVCİYA nümayəndələri Bərdədə ATƏT-in uzunmüddətli müşahidəçiləri ilə görüş keçiriblər
Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib

Seçki sistemləri sonsuz sayda müxtəlif ola bilər. Bunun əsas səbəbi odur ki, heç bir seçki sistemi qiymətləndirmə üçün seçilmiş bütün meyarlara uyğun gələ bilməz. İnsanlar sistemi seçərkən yeni dəyərləri o biri dəyərlərin itkisi hesabına əldə edirlər. Buna görə də hər bir ölkə özünə daha çox uyğun olan, hökumətin səmərəli işləməsinə, ölkənin iqtisadi yüksəlişinə, stabilliyinə şərait yaradan sistemi seçir. Azərbaycan Respublikasında parlament seçkiləri həmin ildə keçirilmiş Milli Məclisə seçkilər də daxil olmaqla 2000–ci ilə qədər qarışıq sistem üzrə keçirilib. Yəni Milli Məclisdə olan 125 yerdən 100–ü plüralist – majoritar sistem, 25–i isə proporsional nümayəndəlik sistemi üzrə formalaşıb. Lakin 2000–ci ildən sonra 2005–ci ildə keçirilən parlament seçkiləri plüralist – majoritar sistemi ilə həyata keçirilib. Milli Məclisə 2010 – cu ilin noyabrında keçiriləcək seçkilər də plüralist – majoritar sistemi ilə baş tutacaq. Bəzi müxalifət partiyaları proporsional nümayəndəlik sisteminin bərpa olunması və parlament seçkilərinin tam bu sistem üzrə keşirilməsi ilə bağlı təkliflər irəli sürürlər. Lakin Milli Məclisdə çoxluq təşkil edən partiya əksinə plüralist – majoritar sistemin Azərbaycan reallığına daha çox uyğun gəldiyini, hökümətin əvvəlki illərə nisbətən daha səmərəli fəaliyyətinə şərait yaratdığını bildirirlər. Bu cür təkliflərin hansının daha əhəmiyyətli olduğunu yaxından görmək üçün bu sahədə mövcud olan beynəlxalq təcrübəyə nəzər salmaq vacibdir. Beynəlxalq təcrübədə seçki sistemlərinin müxtəlif kateqoriyaları var ki, bunlar da aşağıdakılardır: n Plüralist – majoritar sistemlər (səslərin hamısı qalibə çatır –HQÇ); n Proporsional nümayəndəlik sistemləri (PN) n Yarıproporsional sistemlər Azərbaycan Respublikasında tətbiq olunan plüralist – majoritar sistem (HQÇ) Amerika Birləşmiş Ştatları və Böyük Britaniya kimi demokratik ölkələrdə tətbiq olunur. Gürcüstanda parlamentdə olan 235 yerin 150–si plüralist–majoritar, 85-i isə proporsional nümayəndəlik seçki sistemi ilə formalaşdırılır. Ukrayna parlamentində olan 450 yerdən 250–sinə seçkilər plüralist–majoritar, 200 yerə isə proporsional nümayəndəlik seçki sistemi üzrə aparılır. Türkiyə Böyük Məclisində isə mövcud olan 550 yerin hamısı proporsional nümayəndəlik seçki sistemi ilə formalaşdırılır. Yuxarıda adı çəkilən seçki sitemləri haqqında ətraflı məlumat əldə etmək üçün onların şərhinə ehtiyac var. Plüralist–majoritar sisteminə (HQÇ) görə səslərin nisbi çoxluğunu qazanan namizəd qalib gəlir.Məsələn, bir namizəd səslərin 51% – ni, digəri 49 % – ni qazanırsa, 51% səs toplamış qalib hesab olunur və demək olar ki, səslərin hamısı (100%) qalibə çatır. Bu sistem Proporsional nümayəndəlik sistemindən (PN) fərqli olaraq seçkilərdə ən çox səs qazanmış partiyaya parlamentdə yerlərin sayını artırmağa imkan verir. Məsələn, bu sistemlə seçicilərin 53 % – nin səsini qazanmış partiya yerlərin 60 %-ni ala bilər. Bu sistemə görə hər dairədən bir namizəd seçilir və ən çox səs qazanmış namizəd qalib gəlir. Plüralist–majoritar sistem (HQÇ) parlamentdə çoxluq təşkil edən partiyaya öz proqramını, hətta həmin partiyadan kimlərinsə müxalifətə keçməsindən asılı olmayaraq həyata keçirməyə imkan verir. Bu sistem hökumətin effektivlik meyarına daha çox uyğun gəlir. Proporsional nümayəndəlik sistemləri (PN). Bu sistemə görə hər bir partiyaya verilən səslərin miqdarı ilə parlamentdə tutduğu yerlərin sayı uyğun gəlir. Məsələn, 52% səs toplamış partiya parlamentdə yerlərin 52% – ni əldə edir. Bu sistem ölkə üzrə partiyalara verilən səslərin itməməsi və onlara çatması baxımından cəlbedici görünür. Lakin bu sistem parlamentdə ədavətdə olan və rəqabət aparan çoxlu sayda partiyaların olmasına şərait yaradır ki, bu da koalision çoxluğun formalaşdırılması işini çətinləşdirir. Hətta koalisya yarandıqda belə onun sabitliyinə ümid az olur. Nəticədə hökümətin effektivliyi kəskin şəkildə aşağı düşür. Yarıproporsional sistemlər. Adından da göründüyü kimi bu sistem qarışıq sistem əsasında seçki keçirməyi nəzərdə tutur. Bu sistemlərlə yanaşı preferensial səsvermə kimi tanınan alternativ səsvermə (AS) və Fransada tətbiq olunan iki turluq sistem mövcuddur. Bunların hər ikisi HQÇ sisteminin potensial qüsurunu aradan qaldırmağa imkan yaradır. Bu qüsur ondan ibarətdir ki, bir mandata 2 namizəd iddia etdikdə qələbə gözlənilmədən elə namizədə çata bilir ki, seçicilərə yenidən seçim imkanı verilsə onlar həmin namizədi rədd edərdilər. AS sistemi seçicilərə bu imkanı yaradır. Alternativ səsvermə (AS) sistemindən yalnız Avstraliyada və bir qədər dəyişilmiş şəkildə Sakit okeandakı Nauru ada dövlətində istifadə olunmasına baxmayaraq bəzi ekspertlər onu dəstəkləyir. Bu sistemə görə namizədlər birmandatlı dairələr üzrə seçilir (HQÇ- da olduğu kimi). Lakin fərq ondadır ki, seçicilər öz istəklərinə uyğun olaraq namizədləri siyahı üzrə sıraya düzürlər. Siyahıda birinci yer tutana 1 bal, ikinci yer tutana 2 bal verilir və s. Namizədlərdən heç biri səslərin əksəriyyətini toplaya bilmədikdə, ən az səs toplamış namizəd sıradan çıxır. Bu proses o vaxta qədər davam edir ki, namizədlərdən hansısa biri səslərin 50 % – ni toplamış olsun. Belə olduqda təkrar hesablama zamanı namizədə verilmiş “ikinci yerlərin” cəmi nəzərə alınır. Fransada tətbiq edilən iki turluq sistem analoji nəticənin əldə olunmasına yönəlib. Azərbaycan Respublikasının Milli Məclisinin bu il seçiləcək yeni tərkibi mojaritar seçki sistemi üzrə formalaşdırılacaq. Fikrimizcə, bu sistem Azərbaycan reallığına daha uyğun gəlir və ölkədə stabilliyin inkişafı, hökumətin öz proqramını həyata keçirməsi üçün münbit şərait yaradır.